Putin imzaladı – Pivə olacaq
Bizi izləyin

İdman

Putin imzaladı – Pivə olacaq

Putin imzaladı – Pivə olacaq

Rusiya prezidenti Vladimir Putin yeni qanun imzalayıb.

Publika.az xəbər verir ki, yeni qanuna görə, Rusiya stadionlarında pivəni reklam etmək mümkün olacaq.

Bundan sonra pivə istehsalçıları yarışlar, oyunların televiziya ilə yayımı zamanı öz məhsullarını stadionlarda reklam edə biləcəklər.

Putin yeni qanunu 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatına hazırlıq planı çərçivəsində imzalayıb. Bu reklamlardan gələn gəlir infrastrukturun qurulmasına yönəldiləcək.

2019-cu ilin 1 yanvarından isə Rusiya stadionlarında pivə reklamına yenə də qadağa tətbiq olunacaq.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm