Tünzalə Ağayevaya “şələqulaq” dedilər
Bizi izləyin

Tabloid.az

Tünzalə Ağayevaya “şələqulaq” dedilər

Əməkdar artist Tünzalə Ağayeva özü haqqında yayılan ən maraqlı şayiədən danışıb.

Publika.az-ın məlumatına görə, sənətçi neçə il bundan öncə başına çalma bağlayıb səhnəyə çıxmasıyla bağlı maraqlı söhbət eşitdiyini deyib: “Çox sonralar maraqlı bir şayiə eşitdim özüm haqqımda. Mən əvvəllər səhnəyə və efirlərə çalma ilə çıxırdım axı. Sən demə, danışıblarmış ki, guya, mənim qulaqlarım şələ olduğu üçün başımı bağlamışam. Eşidəndə gülməyim tutdu”.

Hətta müğənni zarafatından da qalmadı: “Baxın, bu da mənim qulaqlarım, əməliyyatın yeri də görünür... Ümumiyyətlə, insanlar sənətçilər barədə nəsə danışmağı xoşlayır. Bəzən bu həqiqətə bir az yaxın olur, bəzən də heç bir əsası yoxdur”.

Müğənni söhbət əsnasında heç vaxt şəxsi həyatı barəsində danışmağı sevmədiyini də bildirib: “Mən əvvəllər qızımı heç kimə göstərmirdim. Hətta efirlərdən xahiş edirdilər ki, qızımla birgə çəkilim. Təzə-təzə ürəyimdən keçib, onunla çəkdirdiyim fotoları sosial şəbəkədə paylaşmışam. Amma mən şəxsi həyatım, ailəm, qızım barədə danışmağı xoşlamıram”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm