Azad Rəhimov: "Xidmətləriniz danılmaz və əvəzsizdir"
Bizi izləyin

Qırmızı.az

Azad Rəhimov: "Xidmətləriniz danılmaz və əvəzsizdir"

Gənclər və İdman naziri Azad Rəhimov da jurnalistləri təbrik edib.

Publika.az-a nazirlikdən verilən məlumata görə, təbrik məktubunda qeyd edilir:

"Bu gün ölkəmizdə Milli Mətbuatımızın 139-cu ildönümü qeyd edilir. Bu gün böyük mütəfəkkir Həsən bəy Zərdabinin 1875-ci ildə Azərbaycan mətbuat səmasına buraxdığı ilk qaranquşun- “Əkinçi” qəzetinin doğum tarixi , sizin qələminizin ad günüdür.

Bu gün Azərbaycanda Zərdabi ənələrini layəqətlə davam etdirən qələm sahibləri var.

Gənclər və idman nazirliyi ilə daim əlaqəli fəaliyyətiniz hər zaman qurumumuz tərəfindən təqdirəlayiq qiymətləndirilib.

İstər gənclər, istərsə də idman sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılmasında sizin xidmətləriniz danılmaz və əvəzsizdir.

Sizə məsiliyyətli və önəmli işinizdə uğurlar, həyatda can sağlığı arzu edirəm.

Milli Mətbuat gününüz mübarək!"

Oxumağa davam et
Reklam
Reklam

Gündəm