Erməni gəncləri Bakı həsrəti çəkir - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Erməni gəncləri Bakı həsrəti çəkir - FOTOLAR

Baltik ölkələrində (Litva, Latviya və Estoniya) ən böyük texniki universitet olan Litvanın Kaunas Texnologiya Universitetində təhsil alan bir qrup erməni tələbə öz ölkəsindəki acınacaqlı vəziyyəti, yoxsulluq və səfaləti açıq-aşkar dilə gətirməkdən belə çəkinmirlər.

Publika.az-ın məlumatına görə, Litvanın Kaunas Texnologiya Universitetində təhsil alan Panos Kasparyan və David Arakelyan adlı bu erməni tələbələr Ermənistanın indiki hakimiyyətini açıq-aşkar pisləməklə yanaşı, eyni zamanda, Azərbaycanın sürətlə inkişafını etiraf etdikləri üçün öz ölkələrində təqib olunmaqdan belə qorxmurlar. Təəccüblüdür ki, nə əcəb, bu gənc ermənilər öz əcdadları kimi əzazil və qatil düşüncəli deyil, əksinə, onlar üçün haqq-ədalət yüksək pillədə dayanır.

Azərbaycan və Ermənistan barəsində əsl həqiqətləri bu erməni gənclər belə ifadə edirlər. Hətta David Arakelyan adlı bu erməni gənci doğulduğu paytaxt İrəvan şəhərinin fotosunu belə öz “Facebook” səhifəsində “fon” şəkili etməyi özünə ar bilir. Ancaq Azərbaycanın gündən-günə gözəlləşən və inkişaf edən paytaxtı Bakı şəhəri aşağıdakı fotodan da göründüyü kimi, erməni gəncin arxalandığı fonda dayanır.

Bu gün David Arakelyan ilə bir yerdə azərbaycanlı gənclər də təhsil alır. Tez-tez tələbələr öz aralarında Azərbaycan və Ermənistanla bağlı geniş diskussiyalar aparırlar. Söhbətlər zamanı da adları qeyd olunan erməni gənclər Azərbaycan dövlətinin inkişafını, öz ölkələrinin isə rəzil gündə olduğunu etiraf edirlər.

Bu isə bir faktdır və bu yaxınlarda David Arakelyanın dilindən işlədilmiş fikirlərdir:

“Bu gün Azərbaycanın yaxşı pulu var, neft ölkəsidir. Ona görə də nə istəyirsə, ona da nail ola bilər. Sizin (Azərbaycandan olan tələbələrə üzünü tutaraq) neftiniz var, diasporanız da ona görə güclüdür. Siz burada dövlətin vəsaiti hesabına təhsil alırsınız. Ancaq biz öz hesabımıza. Prezident Serj Sarkisyan başda olmaqla dövlətimiz bu gün bizə sahib çıxa bilmir, sanki Afrikadan qaçmış qaçqın halına düşmüşük. Mən Litvada təhsil alıram və yəqin ki, Ermənistana qayıtmayacam. Burada qalıb işləyəcəm”.

Göründüyü kimi, bir erməni gəncin dilindən söylənilən bu fikirlər əslində bütöv Ermənistan reallığını göstərir.

Hazırda Kaunas Texnologiya Universitetində təhsil alan digər erməni gənci, Ermənistanda doğulmuş Panos Kasparyan da ölkəsindəki durumdan çox narazıdır. O da gileylənərək deyir ki, kaş Azərbaycanla müharibə olmayaydı. Bu yazıq erməni öz tələbə yoldaşları ilə söhbəti zamanı Bakının həsrətini çəkdiyini də etiraf edir.

Deyir ki, bu gün Azərbaycanı gəzəndə özünü sanki Avropanın inkişaf etmiş ölkələrindəki kimi hiss edirsən:

“İnternetdən tez-tez Bakının görüntülərinə baxırıq, maraqlı yerləriniz çoxdur. Ermənistan ilə Azərbaycan arasında müharibə olmasaydı, mən də gələrdim ölkənizə. Deyilənə görə, Bakı çox inkişaf edib”.

Erməni gənclərin Qarabağla bağlı da maraqlı düşüncələri var. Panos Kasparyanın fikrincə, Qarabağ ancaq müharibə yolu ilə həll olunacaq:

“Bu gün Qarabağ Serj Sarkisyanın hakimiyyətdə qalması üçün yeganə “kozur”dur. Rusiya da istəməz ki, Qarabağ tezliklə həll olunsun. Əks halda, bu dövlətlərin Ermənistana təsir imkanları olmaz”.

Bu, bizim oxuculara çatdırdığımız 2 nəfər erməni gəncinin etirafları idi. Ancaq əmin olun ki, bu fikirdə olan ermənilərin sayı yüzlərlə, bəlkə də, milyonlarladır. Bu gün Ermənistan hakimiyyəti cəbhə xəttində gərginlik yaratmaqla əhalinin diqqətini daxildəki gərgin vəziyyətdən, çətin sosial-iqtisadi durumdan yayındırmaq istəyir. Ancaq Ermənistanın bu kimi cəhdlərinin hamısı bekaradır. Ermənistanın daxilindəki fəlakətli sosial-iqtisadi vəziyyət ölkə iqtidarının yürütdüyü siyasətlə birbaşa bağlıdır və bunu cəbhə bölgəsində gərginlik yaratmaqla ört-basdır etmək olmaz.

Digər tərəfdən isə, indi Azərbaycan hökumətinin həyata keçirdiyi fəal hücum diplomatiyası nəticəsində Ermənistan hakimiyyəti beynəlxalq aləmdə çox çətin duruma düşüb. Artıq əvvəllər olduğu kimi beynəlxalq təşkilatlar qarşısında işğal faktını ört-basdır etmək mümkün olmur. Ermənistan dövlətinə xarici aləmin, xüsusilə nüfuzlu beynəlxalq təşkilatların, Azərbaycana tərəfdaş dövlətlərin təzyiqi getdikcə artır. Ona görə də Ermənistan bu tipli addımlar atmaqla yalnız və yalnız öz işğalçılıq siyasətini pərdələməyə çalışır. Lakin bütün bu cəhdlər heç bir nəticə verə bilməz. İndi zaman Azərbaycanın xeyrinə işləyir.

Publika.az sözügedən erməni gənclərin “Facebook” səhifəsindən götürülmüş fotolarını da təqdim edir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm