Bilgi.az
Seksdən imtina etdi, 50 min dollar qazandı
Melbrun sakini dostu ilə 2 min dollardan mərcə girərək seksdən imtina edə biləcəyini deyib. Yarızarafat mərcin qiyməti xeyriyyə aksiyasınadək artıb və bu mərc avstraliyalı “Kazanova”ya həyatın digər tərəflərini görməyə və səs-küylü gecə əyləncələrindən imtina etməyə yardımçı olub.
2012-ci ilin sonunda Avstraliya sakini Piter Lina qonşusuna yuxusuz gecələrdən və seks həyatından bezdiyini söyləyib.
Müsahibə zamanı o deyib: “Mən dostuma qadınlardan, seksdən və bu cür həyatdan imtina etmək istədiyimi dedim. O isə bir həftədən sonra yenidən əvvəlki həyatıma qayıdacağımı dedi. Bu sözdən çox hiddətləndim. Ona və özümə nəyə qadir olduğumu sübut etmək qərarına gəldim”.
Bu halda Piter düz bir il sekssiz yaşaya biləcəyi haqda mərcə girib. Hətta bu barədə “Facebook”da da xəbər verib. İki min dollarlıq mərcin qiyməti 50 min dollara qalxıb. Piter mərci udacağı təqdirdə, qazandığı pulları qadın alverinin qurbanı olan kambodcalı qızların xilası və onların təhsili ilə məşğul olan təşkilata hədiyyə edəcəyinə söz verib.
Avstraliyalı mərcin ilk aylarında az qala məğlubiyyətin astanasında olduğunu etiraf edib. Lakin o, bütün qüvvəsini toplayaraq sözünün üstündə sonadək dayanmağı bacarıb. Hətta mərcdən xəbərdar olan qadınlardan biri onu yoldan çıxartmağa da səy göstərib.
Bir il tab gətirən Piter qazandığı pulları azyaşlı qızlara yardım üçün təşkil olunmuş fonda bağışlayıb. İndi isə o, Nepalda xeyriyyə missiyası ilə məşğuldur.
Nura
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!