Qərb İŞİD-i necə maliyyələşdirir?: siyahıda BMT-nin də adı var- Şok
Bizi izləyin

Nida.az

Qərb İŞİD-i necə maliyyələşdirir?: siyahıda BMT-nin də adı var- Şok

Böyük Britaniya və digər Qərb ölkələrindən Suriyaya göndərilən humanitar yardımlar İraq Şam İslam Dövlətinin (İŞİD) nəzarətində olan bölgələrə gedir.

Publika.az xəbər verir ki, bu şok iddia ilə İngiltərənin “The İndipendent” qəzeti çıxış edib. Nəşr yazır ki, Qərbdən gələn humanitar yardımların böyük hissəsi Türkiyənin Reyhanlı və Kilis yaxınlığındakı sərhəd qapılarından Suriyada İŞİD nəzarətində olan bölgələrə göndərilir. Göndərilən yardımların qida, tibbi ləvazimat və təmizlik vasitələri olduğu deyilir. Qeyd edilir ki, İŞİD-in işğal etdiyi bölgələrdə camaatı ələ almaq üçün dağıtdığı qida və benzin yardımları məhz bunun hesabına reallaşdırılır.

Nəşr yazır ki, dolayısı ilə İŞİD-ə çatan yardımlarda BMT-nin Qida Yardım Proqramının da payı var. Yardım daşıyanlardan biri bildirir ki, həqiqətən də İŞİD-in nəzarətində olan bölgələrə mal daşınması var: “Yardım daşıyan TIR-larımız Türkiyədə Kilis yaxınlığındakı sərhəddən Suriyaya keçir. Bəzən silahlı qarşıdurmalardan, bəzən də yardımları İŞİD nəzarətində olan yerlərdən keçirməyimizdən məmnun olmayan digər qrupların maneələr yaratması üzündən TIR-larımız 2-3 həftə yolda qalır”.

İngiltərə hökumətindən Suriyadakı yardım fəaliyyətləri üçün 23,7 milyon funtsterlinq alan “Mercy Corps International” humanitar təşkilatının əməkdaşlarından biri qəzetə bunları deyib: “İrqinə, etnik mənsubiyyətinə, dininə, yaxud siyasi mövqeyinə baxmayaraq, döyüşlər gedən bütün ərazilərdə ehtiyacı olan yüz minlərlə vətəndaşa yardımlar çatdırırıq”.

İngiltərə Beynəlxalq İnkişaf Təşkilatının sözçüsü isə İŞİD-ə hər hansı yardım edilmədiyini deyib. Bildirib ki, əsas fəaliyyət mülki vətəndaşlara edilən yardımlardır.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm