Yanğın Hirkan Milli Parkına keçib
Bizi izləyin

Qırmızı.az

Yanğın Hirkan Milli Parkına keçib

Lerik rayonunun Piran kəndində dağlıq meşə ərazisində başlayan yanğın Hirkan Milli Parkına keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Publika.az-a açıqlamasında yangının qarşısının alınması məqsədilə tədbirlər görüldüyünü bildirib:

“Ötən gün Lerik rayonunun yüksək dağlıq ərazisində baş vermiş yanğın bu gün əsən külək nəticəsində meşə fondu ilə sərhəddə yerləşən Hirkan Milli Parkının Haftoni meşəbəyliyinin 21 saylı dolayına keçib və təxminən 0,2 hektar ərazini əhatə edib. Hadisə yerinə Milli Parkın vənazirliyin bütün yerli qurumlarının əməkdaşları cəlb olunub. Hadisənin ciddiliyi nəzərə alınaraq ETSN-nin Fövqəladə Hallar üzrə Tədbirlər Mərkəzinin lazımi avadanlıqları götürülərək Nazirliyin 20 nəfərlik heyəti səfərbər olunub və hadisə yerinə yollanıb “.

Xatırladaq ki, iyulun 21-də Lerik rayonunun Piran kəndi ərazisində bələdiyyə torpaqlarında baş vermiş yanğın sonradan yüksək dağlıq sahədəki meşə fonduna keçmiş və təxminən 5 hektaradək ərazini əhatə etmişdi. Yanğının qarşısının alınmasına ETSN-nin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının əməkdaşları, texnika, o cümlədən bu gün səhərdən FHN-nin aviasiya dəstəsi cəlb olunub. Yüksək dağlıq ərazini əhatə edən yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm