Dünya
İran uranı məhv etdi
İranın nüvə proqramı ətrafında yaranan
problem həllini tapmaq üzrədir. Tehran öhdəliklərini yerinə
yetirərək 20 %-dən artıq zənginləşdirilmiş uranın məhvini uğurla
davam etdirir. Bunun əvəzində isə İranın dondurulmuş hesabları
açılır.
ANS TV-nin Tehran bürosunun məlumatına görə,
Beynəlxalq Atom Enerjisi Təşkilatının baş direktoru Yukyo Amano
İranın nuvə proqramı haqqında hesabat yayımlayıb. Hesabatda qeyd
edilir ki, İran qəbul etdiyi ohədlikləri yerinə
yetirib.
Cenevrə razılaşmasında İranın 5 faizdən artıq
zənginləşdirilmiş uran ehtiyatlarını ya ləğv etməsi, ya da
oksidləşdirməsi əsas göstərilirdi. İran da şərtlərə əməl edərək,
zənginləşdirilmiş 20 % uran ehtiyatının əksər hissəsini məhv edib.
İranın xarici işlər nazirinin müavini Seyid Abbas Əraqçı bildirib
ki, İran oksidə çevirdiyi öz 20%-lik zənginləşdirilmiş uranını
Tehran Reaktorunun yanacağı kimi istifadə edəcək. Lakin tərəflər
arasında şərtlərə dair öz həllini tapmamış ziddiyətli məqamlar hələ
də qalmaqdadır. Bu səbəbdən də tərəflər danışıqların vaxtının daha
4 ay uzadılmasına qərar veriblər.
Tehran Universitetinin Tədqiqatçısı Hani
Əhmədipurun sözlərinə görə, İranın xarici işlər naziri bu
danışıqlarda müsbət mövqedə iştirak edib və problemlərin həllinə
çalışır. İranın nüvə proqramı tamamilə dinc məqsədli olduğundan,
hətta bu danışıqlardan sonra bu proqram inkişaf da edib. Misal
üçün, yaxın günlərdə Rusiyanın “Rostom” şirkətilə İranda yeni atom
elektrik stansiyasının tikintisilə bağlı müqavilə hazırlanacaq.
Bütün elmi tədqiqatlarda, o cümlədən ABŞ-ın Merilənd
Universitetində də bu danışıqlara müsbət baxış
var.
Agentliyin məruzəsinə əsasən, İran dondurulmuş
fondların sonuncu tranşını da əldə edə biləcək. İran razılaşma
əsasında, ümumilikdə, xarici hesablarda dondurulmuş 4,2 milyard
dolları geri ala biləcək.
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO