İsrailin HƏMAS-dan qorxusu
Bizi izləyin

Dünya

İsrailin HƏMAS-dan qorxusu

İsrailin ən böyük qorxusu əsgərlərinin HƏMAS tərəfindən qaçırılmasıdır ki, bunun qarşısını almaq üçün "Hannibal" planını tətbiq etdiyi barədə iddialar ortaya atılıb.

Axar.az xəbər verir ki, ortaya atılan iddia İsrailin 2003-cü ilə qədər istifadə etdiyi "Hannibal" planının yenidən gündəmdə olmasıdır.

İsrail ordusunun əsgərlərin qaçırılmasının qarşısını almaq üçün gizli kodla 1980-ci ildən 2003-cü ilə qədər "Hannibal" əmrini tətbiq etdiyi ortaya çıxıb.

"Hannibal" əmri orduya mənsub əsgərlərin düşmən tərəfindən qaçırılmasının qarşısını almaq üçün lazımlı vəziyyətlərdə vur əmrinin verilməsidir.

İsrailli komandirlərin əsir düşən əsgərlərə intihar etmələri əmrini də verdiyi iddialar arasında səsləndirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm