Oruclu halda diş çəkdirmək olarmı?
Bizi izləyin

Qırmızı.az

Oruclu halda diş çəkdirmək olarmı?

Oruclu halda diş çəkdirmək orucu batil etməz.

Amma bunu etmək yaxşı da qarşılanmır, yəni məkruh (arzuolunmaz) sayılır.

Çünki oruclu halda bədəni zəiflədən əməlləri etmək məkruhdur. Bu əməllər insanın aclığa və susuzluğa qarşı müqavimətini və davamlılığını azaldır, orucu insan üçün əziyyətli edir.

Diqqət yetirmək lazımdır ki, oruclu şəxs diş çəkdirərsə, boğazına hən hansı maddənin getməsinə imkan verməməlidir. Yəni diş çəkdirməzdən əvvəl dişin dibinə vurulan ağrıkəsici iynə və ya fısqırdılan dərman gərək ağız boşluğundan boğaza keçməsin.

Həmçinin, diş çəkiləndən sonra gələn qan da udulmamalıdır. (islam.az)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm