Qırmızı.az
Azərbaycanda jurnalistlər dövlət hesabına mənzillə təmin olunur
"Bu gün Azərbaycan dünyada yeganə
ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillə təmin
olunurlar".
ANS PRESS-in məlumatına görə, bunu Prezident
Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli
Həsənov Azərbaycan milli mətbuatının 139-cu ildönümü ilə əlaqədar
keçirilmiş tədbirdə çıxışı zamanı deyib.
Ə.Həsənov bildirib: "Məlum olduğu kimi, Azərbaycan
Prezidentinin 22 iyul 2010-cu il tarixli "Azərbaycan mətbuat
işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri
haqqında" Sərəncamına əsasən jurnalistlər üçün 156 mənzilli ayrıca
bir bina inşa edilib. 2013-cü il iyulun 22-də Azərbaycan
Prezidentinin iştirakı ilə binanın açılış mərasimi keçirilmiş və
tam təmirli mənzillər jurnalistlərə paylanıb. Elə həmin gün cənab
Prezident KİV əməkdaşları üçün yeni - 250 mənzilli binanın təməlini
qoyub".
PA rəsmisinin sözlərinə görə, keçən illərdə həyata
keçirilmiş çoxsaylı tədbirlər Azərbaycanda KİV-lərin kəmiyyət və
keyfiyyət göstəricilərinin inkişafına mühüm təsir göstərib:
"Hazırda Azərbaycanda 5000-dən artıq KİV müvafiq dövlət orqanında
qeydiyyatdan keçib. Ölkədə 40-a yaxın gündəlik, 200-dən artıq
həftəlik və aylıq mətbuat orqanı, 20-dən çox informasiya agentliyi,
300-ə yaxın aktiv internet informasiya resursu, 50-dən artıq
televiziya və radio kanalı, onlarla mətbuat yayımı firması
fəaliyyət göstərir. Prezident İlham Əliyev daim medianın
problemləri ilə maraqlanır, jurnalistlərlə görüşür, KİV-lərin
hərtərəfli inkişafı üçün zəruri addımlar atır. Təsadüfi deyil ki,
Azərbaycan mətbuat nümayəndələri cənab İlham Əliyevin diqqət və
qayğısını yüksək qiymətləndərək, onu iki dəfə - 2010 və 2013-cü
illərdə "Jurnalistlərin dostu" seçmişlər".
Ə.Həsənov qeyd edib ki, bu gün Azərbaycan dünyada
dinamik inkişaf edən, müasir, beynəlxalq aləmdə böyük nüfuza malik,
demokratik islahatların daha da dərinləşdiyi ölkəyə çevrilib:
"Mövcud reallıqlar kütləvi informasiya vasitələrinin, o cümlədən
milli mətbuatımızın qarşısında da bir çox yeni vəzifələr qoyur.
Prezident İlham Əliyevin öz çıxışlarında qeyd etdiyi kimi, bu gün
Azərbaycan mediası müasir cəmiyyət quruculuğunda, milli həmrəyliyin
və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin
inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanması və
təbliğində daha təsirli rol oynamalı, qlobal informasiya məkanının,
müasir informasiya-kommunikasiya texnologiyalarının yaratdığı
imkanlardan səmərəli istifadə edərək fəaliyyət sahəsini
genişləndirməli, beynəlxalq aləmdə tanınmalı və Azərbaycanın haqlı
səsini dünya ictimaiyyətinə çatdırmağı bacarmalıdır. Eyni zamanda
öz tarixi dəyərlərini, jurnalistikada "Əkinçi" ənənələrini
yaşadaraq peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur
və vətənpərvərlik prinsiplərini rəhbər tutmalıdır.
Bir daha bütün Azərbaycan jurnalistlərini milli
mətbuatımızın 139-cu ildönümü münasibətilə təbrik edir, hər
birinizə can sağlığı və yaradıcılıq uğurları
arzulayıram".
-
Hadisə23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin122:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin120:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var
-
Yaxın Şərq17:47
İsrail qərar verdi: İranın hücumuna belə cavab verəcəklər