Putin təcili iclas çağırdı
Bizi izləyin

Dünya

Putin təcili iclas çağırdı

Rusiya prezidenti Vladimir Putin Malayziyaya məxsus təyyarənin vurulması ilə əlaqədar təhqiqat işlərinin ətraflı şəkildə aparılması üçün rəsmi Moskvanın əlindən gələni edəcəyini açıqlayıb. Putin çıxışı zamanı Ukraynada münaqişənin şiddətlənməsinə səbəb olan Qərb qüvvələrinə və rəsmi Kiyevə xəbərdarlıq edib.

ANS-in Moskva bürosunun məlumatına görə, Ukraynanın Donetsk vilayətində 298 insanın ölümünə səbəb olan sərnişin təyyarəsinin raketlə vurularaq düşürülmüş olması yenə də Rusiyanı dünya ictimaiyyətinin qınaq hədəfinə çevirib. Bu isə dövlət başçısı Vladimir Putini yeni bəyanatlar vermək məcburiyyətində qoyub.

Bu gün Dövlət Təhlükəsizlik Şurasını toplayan Putin Qərbə Rusiyanın bundan sonra da öz mənfəətlərini qoruyacağı mesajını verib. NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasına ölçülü cavab verəcəklərini vurğulayan Putin Qərbi Rusiya ilə sanksiya dili ilə deyil, dialoq yoluyla danışmağa dəvət etdi. Ukraynadakı vəziyyətin bütün dünyadakı stabilliyi pozduğunu vurğulayan Putin Qərbi bir daha Kiyev hökumətinə silahı buraxması üçün təzyiq göstərməyə çağırıb. Siyasi ekspertlər isə Putinin son bəyanatlarının Ukraynadakı hadisələrin gedişatının Rusiyanın istəmədiyi səkildə cərəyan etməsindən qaynaqlandığı barədə həmfikirdirlər. Putinin bəyanatı onu göstərir ki, Ukraynadakı hadisələr fonunda müttəfiqsiz galan Rusiya Qərblə birbaşa münaqişəyə girmək istəməsə də, öz mənfəətlərindən əl çəkməyəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm