Kraliçanın atında dopinq tapıldı
Bizi izləyin

Bilgi.az

Kraliçanın atında dopinq tapıldı

Kraliça II Yelizavetanın cıdır atının orqanizmində morfin tapılıb.

ANS PRESS-in məlumatına görə, Bukinhem sarayından bildirilib ki, qadağan edilmiş maddə ser Maykl Stautun məşq etdiyi Estimeyt atında aşkar edilib.

Ilkin olaraq hesab edilir ki, testin müsbət nəticə verməsinə səbəb kimi korlanmış yem göstərilir.

Böyük Britaniya At idmanı idarəsinin keçən həftə morfin "axtarışından" sonra elan etdiyi nəticəyə görə beş atda bu maddə tapılıb.

Qeyd edək ki, Estimeyt atı 2013-cü ilin iyununda Askote şəhərində keçirilən nüfuzlu kral at yarışını udub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm