Qırmızı.az
Xalası qızı ilə nişanlandı, dayısı qızını zorladı - TƏFƏRRÜAT
Teleqraf.com-un araşdırmasına
görə, hadisə 24 mart 2013-cü il tarixdə baş verib.
Mövli dayısı Eldarın (ad şərti verilib - H.Z) Şamaxı rayonu Göylər
kəndindəki evində qonaqlıqda olub və yeyib-içib. Mövli sərxoş
olandan sonra gecə saat 01.00-da dayısı qızı Günelə dəfələrlə zəng
edib, habelə SMS-lər yazaraq onunla görüşmək istədiyini, vacib
sözünün olduğunu deyib. Amma Günel Mövlinin nə telefon zənglərinə,
nə də SMS-lərinə cavab verməyib.
Mövli Mövliyev dayısı qızının evin ikinci mərtəbəsində yerləşən
yataq otağında tək olduğunu bilib və bundan istifadə edərək, Güneli
zorlamaq məqsədilə yataq otağına gedib. O, Günelin lüt vəziyyətdə
yatmasından istifadə edərək onunla zorakı yolla cinsi əlaqədə
olub.
“Dayımgilə qonaqlığa getdim”
Günelin valideynləri Şamaxı rayon Polis Şöbəsinə şikayət edəndən
sonra Mövli həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin
149.1-ci (zorlama) maddəsi ilə cinayət işi başlanıb və cinayət işi
baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət
işi hakim Zeynal Ağayevin sədrlik etdiyi kollegiyada
araşdırılıb.
Mövli Mövliyev ona elan edilmiş ittiham üzrə özümü təqsirli
bilməyib. O, bütün bunların ona qarşı böhtan olduğunu qeyd edib:
“Martın 24-də təxminən saat 19-20 radələrində valideynlərim ilə
birlikdə dayım Eldargilə qonaqlığa getdim. Evə keçib, yemək yeyib,
spirtli içki qəbul etdik. Bir qədər sonra siqaret çəkmək üçün
həyətə çıxdım. Gördüm ki, Günel mobil telefonla kiminləsə
danışır”.
“Günel məni qucaqlayıb “səni istəyirəm, nişanını qaytar,
məni al” dedi”
Mövli Mövliyev bildirib ki, Günelin telefonla kiminləsə danışmağına
fikir verməyib: “Bir qədər sonra Günel mənə sözü olduğunu dedi.
Buna görə də məndən mobil telefon nömrəmi istədi. Öz mobil
telefonumu ona verdim ki, nömrəsini telefona yazsın. Nömrəni
yazandan sonra telefonumu geri qaytardı. Sonra Günel məni
qucaqlayaraq “səni istəyirəm, nişanını qaytar, məni al” dedi. Ona
Sevda ilə nişanlı olduğumu və bu səbəbdən də onu ala bilməyəcəyimi
dedim. Həmin vaxt valideynlərim, iki dayım - Suma və Neman otaqdan
çölə çıxdılar. Onlar da Günelin məni qucaqlamasını gördülər.
Günelin anası dedi ki, qardaşıdır da, qucaqlayıb”.
“Güneli lüt vəziyyətdə oğlanla görüşəndə
tutmuşam”
Təqsirləndirilən şəxsin ifadəsinə görə, saat 23 radələrində ailə
üzvləri ilə birlikdə evlərinə qayıdıb: “Anama bildirdim ki,
xalamgildə qalmağa gedirəm. Xalamgilin evinin açarlarını götürdüm
və evdən çıxdım. Günelin başqa oğlanla görüşdüyündən
şübhələnmişdim. Bir neçə dəfə Güneli başqa oğlanla tutmuşdum. Onun
atasına, qardaşına demişdim ki, qızınız belə hərəkətlər edir.
Güneli öz həyətlərində lüt vəziyyətdə oğlanla görüşəndə tutmuşam.
Günel başqa oğlanla telefonda danışanda eşitmişəm, oğlana deyib ki,
axşam gələrsən, söhbət edərik. Ona görə də Güneli güdmək qərarına
gəldim. Bir qədər Günelgilin həyətini güdəndən sonra gördüm ki,
mənim orada olmağımı Günel hiss edib. Bundan on beş-iyirmi dəqiqə
sonra Suma məni səslədi. Mən də cavabımda “gəlirəm” desəm də, bir
qədər gec getdim. Bu dəfə Günel gəldi və dayımın məni çağırdığını
bildirdi. Xalamın evinin qapısını bağlayandan sonra dayımgilə
keçdim”.
“Günel əli qanlı qışqırmağa başladı ki, Mövli məni
zorlayıb”
Mövli Mövliyev daha sonra qeyd edib ki, həyətə girəndə dayısı
oğlunun əllərini yuduğunu, dayısının həyətdə olmağını görüb:
“Günelə dedim ki, mənə bir stəkan su versin. Günelin gətirdiyi suyu
içdım. Daha sonra Günel otağa keçdi. Bir neçə dəqiqə sonra geri
qayıdanda Günel əli qanlı qışqırmağa başladı ki, Mövli məni
zorlayıb. Məni Günelin valideyinləri evin birinci mərtəbəsinə
apardılar. Sonra mənim valideyinlərimi çağırdılar və onlara
bildirdılər ki, oğlunuz bizim qızımızı zorlayıb. Mən də həmin vaxt
atama belə bir hadisənin olmadığını bildirdim. Dedim ki, əlim belə
Günelə dəyməyib”.
“Cavan uşaqlar mənə çatdırdı ki, dayım qızı yolunu
azıb”
Təqsirləndirlən şəxsin sözlərinə görə, Günelin ailəsinin prinsipə
getməsinə səbəb onun xalası qızı ilə nişanlanması olub: “Mən
nişanlanandan sonra aramızda düşmənçilik yaranıb. Nişanımda da
çatdırıblar ki, darıxma, görün, sizin başınıza nə işlər
gətirəcəyik. Dayım həmişə mənə qarşı yaxşı münasibətdə olub.
Məqsədim dayımın qeyrətini çəkmək olub. Kənd camaatının içinə
utandığımdan çıxa bilməmişəm. Cavan uşaqların içərisində mənə
çatdırıblar ki, dayımın qızı yolunu azıb. Belə söhbətlərə görə
utanmışam. Qərara gəldim ki, Güneli başqa oğlanla tutub, atasına
məlumat verim ki, qızını yığışdırsın. Gözləmişdim ki, evdəkilər
yatsın, Günel oğlanla görüşəndə onu tutum”.
“Mənə Günellə evlənməyi təklif ediblər”
Mövli Mövliyev bildirib ki, nişanlanandan sonra ona qarşı böhtan
atmağa başlayıblar: “Qonaqlıqda olan vaxt çarpayının üstündə
oturmuşam. Çarpayının üzərində paltarlar və "adyal" olub. Həmin
çarpayının üzərində yorğan da olub. Hadisə vaxtı polis işçilərindən
birinci dayımın tanışı, adını bilmədiyim bir nəfər gəlib. Məni
Günelgildə döyərək paltarlarımı cırıblar. Bədənimdəki xəsarətləri
Günelin atası yetirib. Mənə Günellə evlənməyi təklif ediblər. Sonra
da valideyinlərimə deyiblər ki, qızı aparın. Həmin vaxt Namiq adlı
qohumları da orada olub. İlk dəfə hadisə yerinə Dövlət Yol
Polisinin işçiləri gəliblər. Hadisə yerində qan görmüşəm. Amma
bilməmişəm ki, nə qandır”.
“Mövlini həmişə özümə qardaş kimi bilmişəm”
Zərərçəkmiş Günel ifadəsində bildirib ki, martın 24-də Mövli və
digər qohumları onlara qonaq gəliblər. Onun sözlərinə görə, həmin
vaxt atası ilə qardaşı qışlaqda olublar: “Atam ilə qardaşım bir
qədər sonra qışlaqdan qayıtdılar. Atam, Fəqan və Mövli spirtli içki
içdilər. Təxminən saat yarımdan sonra Mövli bayıra çıxdı və məndən
atasının yanında olan mobil telefonunu gətirməyi xahiş etdi.
Təxminən beş dəqiqədən sonra Mövli yenidən məni çölə çağıraraq
pilləkanda yanında oturmağımı xahiş etdi. Mövlini həmişə özümə
qardaş kimi bilmişəm. Pilləkanda Mövlinin yanında oturdum. Mövli
qolunu boynuma salaraq məndən mobil telefonumun nömrəsini istədi.
Mövlidən nömrəmi nə üçün istədiyini soruşdum. Bildirdi ki, “dayım
qızı deyilsən, nömrəni mənə ver, sənə vacib sözüm var”. Mövliyə
sözü varsa, indi deməyini istədim. Mövli “uzun məsələdir, telefonda
deyəcəyəm” deyərək nömrəmi istədi. Buna görə də Mövliyə nömrəmi
verdim”.
“Telefon söhbəti deyil, ölüm-dirim
məsələsidir”
Zərərşəkmiş daha sonra ifadəsində qeyd edib ki, gecə təqribən saat
01.00 radələrində evdə televizorun yanına qoyduğu mobil telefonu
götürüb: “Baxanda telefona tanımadığım nömrədən iyirmi qəbul
edilməmiş zəng, beş-altı “sms” gəldiyini gördüm. "SMS"lərdə baxanda
gördüm ki, "Gülnar mənəm Mövli, telefonu aç da", "Sən mənə
inanmırsan, telefonu aç. Bu qədər zəng edirəm, telefonu aç"
mesajları gördüm. Elə həmin vaxt telefona yenidən zəng gəldi. Zəngə
cavab verdim. Mövli bibim Səriyyəgilin həyətində olduğu bildirdi və
siqaret yandırmaq üçün kibrit istədi. Evdən kibriti götürdüm və
Mövlinin istəyi ilə qapı qonşumuz olan bibimin həyətinə atdım.
Mövli bibim Səriyyənin qızı Könüllə nişanlı olub. Səriyyəgil
ailəlikcə Rusiya Federasiyasında olduqları üçün Mövli onların
evində qalıb. Kibriti atıb evə qayıdandan sonra Mövli yenidən mənə
zəng etdi, kibriti tapa bilmədiyini dedi. O, yenə kibrit istədi və
bildirdi ki, məni görmək istəyir, vacib sözü var. Mövliyə dedim ki,
vacib sözünü telefonda de, Mövli “telefon söhbəti deyil, ölüm-dirim
məsələsidir” dedi”.
Günelin sözlərinə görə, Mövli istədyini edə biləcəyini söyləyib. O,
əlavə edib ki, Mövliyə bir azdan zəng edəcəyini deyib və telefonu
söndürüb: “”Mövliylə danışandan sonra yatağıma girdim. Təxminən on
dəqiqə sonra yuxuya getdim. Birdən otağın qapısı açıldı. Yuxulu
olduğum üçün əvvəlcə heç nə başa düşmədim. Otağın işığı
yanıb-sönəndə içəri girənin Mövli olduğunu gördüm. Mövli üstümə
gələ-gələ əynindəki gödəkcəni çıxardı və uzandığım vəziyyətdə
üstümə cumdu”.
“Mövli dedi ki, ikimizin də meyiti buradan
çıxacaq”
Zərərçəkmiş ifadəsinin bu hissəsində Mövli tərəfindən zorlandığını
açıq və çılpaqlığı ilə danışıb: “Mövli məni zorlayanda dedi ki, “bu
mənim çoxdankı arzum idi, səni alacaqdım qoymadılar, ya mən dediyim
kimi olacaq, ya da ikimizin də meyiti buradan çıxacaq”. Çalışmışdım
ki, Mövli mənimlə cinsi əlaqəyə girə bilməsin. Amma ona gücüm
çatmadı. Mövli zorla mənimlə cinsi əlaqədə olub. Mövli cinsi
əlaqədə olandan sonra mənə deyib ki, birlikdə ailə quracağıq. Bu
barədə heç kəsə heç nə deməyəcəyim barədə and içdirdi. Bundan sonra
əlimi buraxdı. Bu zaman valideynlərim olan otağa qaçdım. Baş verən
hadisəni onlar danışdım”.
Bütün tərəfləri dinləyən hakim heyəti sonda hökm elan edib.
Məhkəmənin hökmü ilə Mövli Mövliyev 6 il müddətinə azadlıqdan
məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs
apelyasiya şikayəti verib. O, şikayətində şərləndiyini və barəsində
bəraət hökmünün çıxarılmasını istəyib. Şikayət araşdırılması üçün
Sumqayıt Apaelyasiya Məhkəməsinə göndərilib.
Hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan
olunub. Qərara görə, təqsirləndirilən şəxsin apelyasiya şikayəti
qismən təmin edilib. Məhkəmə Mövli Mövliyevin cəzasından 2 il çıxıb
və onun barəsində qəti olaraq 4 il müddətinə azadlıqdan məhrumetmə
cəzası saxlanılıb.
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO