İŞİD-dən Türkiyəyə böyük zərbə
Bizi izləyin

Dünya

İŞİD-dən Türkiyəyə böyük zərbə

"İraq Şam İslam Dövləti" təşkilatının İraqda apardığı işğal əməliyyatı Türkiyə iqtisadiyyatına böyük zərbə vurub.

Axar.az xəbər verir ki, ötən illə müqayisədə Türkiyədən İraqa ixrac edilən məhsullar da 35 faiz geriləmə müşahidə edilib. Türkiyə İqtisadiyyat naziri Nihad Zəybəkçi yığıncaq keçirərək İraqla bağlı fikir mübadiləsi apardıqlarını və bu məsələ ilə bağlı bütün narahatlıqların aradan qaldırıldığını qeyd edib.

Zəybəkçi yaxın zamanda ötən ildəki səviyyədə işlərin davam etdiriləcəyini və təxirə salınan işlərin müsbət yöndə aparılacağını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm