Naftalanda inək əməliyyatı
Bizi izləyin

Qırmızı.az

Naftalanda inək əməliyyatı

Naftalan rayonunun Qasımbəyli kəndində inəyin quyuya düşməsi barədə məlumat daxil olub.

ANS PRESS FHN mətbuat mərkəzinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, inək 4 metr dərinliyi olan quyuya düşərək köməksiz vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə inəyi quyudan çıxarıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm