İsrail bütün dünyadan təcrid olundu
Bizi izləyin

Dünya

İsrail bütün dünyadan təcrid olundu

İsrail dövləti demək olar ki, ən azı 24-saatlığına bütün dünyadan təcrid olunub. ANS PRESS-in məlumatına görə, ABŞ Federal Aviasiya İdarəsi (FAİ), Amerika hava yolu şirkətlərinin İsrailə uçuşlarını qadağan edib.

FAİ verdiyi açıqlamada Amerika hava yolu şirkətlərinin Təl-Əvivdəki Ben Qurion Beynəlxalq Hava gediş-dönüş uçuşlarının 24 saatlığına qadağan edildiyi bildirir. Qadağa qərarı Ben-Qruion hava limanına 1,6 kilometr yaxınlığında bir kənddə raketin partlaması ilə əlaqədardır.

ABŞ-nin qadağasından sonra Avropa Aviasiya təhlükəsizliyi agentliyi də (EASA) aviaşirkətlərə eyni səbəbi göstərək uçuşların dayandırılmasını tövsiyyə edib. Artıq Lutfhaqnsa və ona aid olan şirkətlər, Norveç, Fransa, Türkiyə, Rusiya da daxil olmaqla demək olar bütün dünya Hava Yolları şirkətləri İsrailə uçuşları dayandırıb və ya geri uçuşları geri çağırıb.

Hadisələrin gedişatından İsrail tərəfinin narahatçılığı özünü gözlətməyə qoymadı. Təl-Əviv yaxınlığında yerləşən David Ben-Qruion adına Beynəlxalq hava limanı “sərnişin reyslərinin uçuş və enmələri üçün tam təhlükəsizdir”- deyə İsrail Nəqliyyat nazirliyi xəbər yaydı.

Nazirliyin yaydığı xəbərdə həmçinin Ben-Qruion hava limanının yüksək səviyyədə qorunduğu və təhlükəsiz olduğu qeyd edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm