ABŞ senatorlarından Obamaya məktub
Bizi izləyin

Dünya

ABŞ senatorlarından Obamaya məktub

ABŞ Senatının üç nüfuzlu üzvü prezident Barak Obamaya məktub yazaraq, Ukraynadakı fəaliyyətinə görə Rusiyaya qarşı yeni və daha sərt sanksiyaların tətbiq olunmasını tələb ediblər.

ANS PRESS-in məlumatına görə, məktub Senat Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez, Kəşfiyyat Komitəsinin sədri Dian Feinştein və Silahlı Xidmətlər Komitəsinin sədri Karl Levin tərəfindən yazılıb.

Üç demokrat senator məktubda Rusiyaya qarşı müdafiə, enerji və maliyyə sektorlarını əhatə edəcək şəkildə geniş əhatəli yeni sanksiyaların gətirilməsini məqsədə uyğun hesab ediblər.

Rusiyanın Ukraynanın şərqindəki separatçı qüvvələri silahla təchiz etməsinin qarşısının alınmasının lazım olduğunu bildirən senatorlar, Obamaya "Donetsk Xalq Respublikası" nın xarici terror təşkilatları siyahısına alınması qərarını da nəzərdən keçirməyi tövsiyyə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm