“Samsunq”dan nəhəng addım
Bizi izləyin

Texnoloji

“Samsunq”dan nəhəng addım

“Samsunq”un növbəti böyük ölçüdə gözlənilən seriyası Qalaksi Not 4, çox xüsusi bir sensorla istifadəçilərə təqdim ediləcək.

Axar.az xəbər verir ki, Qalaksi Not 4-ün 5.7 düyümlük qHD ekran və çox güclü bir sensora malik olacağı bildirilir. “Samsunq”un bu yeni versiyasına bir UV işıq skayneri əlavə edəcəyi də xəbər verilir.

SamMobil-dən gələn məlumatlara görə, Qalaksi Not 4 həqiqətən də bir UV sensoru ilə gələcək və bu xüsusiyyətilə “həddindən artıq günəş işığı” xəbərdarlığını verən ilk telefon olacaq. Yeni xüsusiyyətlərə “S-Health” tətbiq ediləcəyi də söylənilir.

Sensor ultrabənövşəyi radiasiyanı ölçərək istifadəçiyə eynək geyməsi və ya qoruyucu losyon istifadə etməsi üçün təkliflər də verəcək. Ancaq ideal bir ölçü kimi UV sensorunun günəşlə 60 dərəcəli bucaq altında təması daha məqsədəuyğundur.

“Samsunq”un bu yeni versiyasının şüarı “gələcəyin kilidini açın” olacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm