Piyadanı ölümcül yaralayan sürücü qaçdı
Bizi izləyin

Qırmızı.az

Piyadanı ölümcül yaralayan sürücü qaçdı

Bakıda piyadanın vurulması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib. Nəsimi rayonu ərazisində baş verən qəzada 31 yaşlı gənc naməlum avtomaşının zərbəsinə tuş gəlib.

Həsən Əliyev və Azadlıq prospektlərinin kəsişməsində baş verən hadisə zamanı yolu keçmək istəyən 31 yaşlı paytaxt sakini Əliyev Kamram Əsgər oğlunu maşın vurub. Qəzanı törədən sürücü yaralıya kömək etmək əvəzinə çıxış yolu kimi hadisə yerindən yayınmağı seçib.

Piaydanın harayına isə ətrafdakı insanlar çatıb. Təcili tibbi yardımla 1 saylı şəhər xəstəxanasına gətirilən Kamran Əliyevə açıq kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrində sınıq diaqnozu qoyulub. Vəziyyəti ağır olan yaralı xəsətəxanın reanimasiya şöbəsinə yerləşdirlib.

Faktla bağlı Nəsimi rayon polis idarəsində araşdırmalar aparılır. Piyadanı ölümcül hala salaraq ərazidən yayınan sürücünün axtarışlarına başlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm