Sumqayıtda qəza: sərnişin öldü, sürücü qaçdı
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda qəza: sərnişin öldü, sürücü qaçdı

Sumqayıt şəhərində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Yüksək sürətin səbəb olduğu qəza şəhərin girişində qeydə alınıb.

Sülh küçəsi ilə Sumqayıt şəhərinə gedən “Opel” maraklı minik maşınının sürücüsü avtomobilə nəzarəti itirərək onu yol kənarındakı ağaca çırpıb. Zərbənin təsirindən ağac kökündən çıxaraq aşıb. Avtomobil isə deformasiyaya uğrayıb. Hadisə nəticəsində maşında sərnişin qismində əyləşən 40-45 yaşlarında kişi dünyasını dəyişib. Qəzanı törədən sürücü isə avtomobili ərazidə ataraq qaçıb.

Hadisə yerinə gələn şəhər polis idarəsinin əməkdaşları hadisə yerini müayinə ediblər. İlkin müayinələr nəticəsində qəzaya səbəb kimi avtomobilin yüksək sürətlə idarə olunması müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Qəzada sünyasını dəyişən şəxsin eləcə avtomobil sahimibin kimiliyini müəyyən etmək istimətində iş aparılır.

Musavat.com

Oxumağa davam et
Reklam
Reklam

Gündəm