Milli Parkda yanğının qarşısı alındı
Bizi izləyin

Qırmızı.az

Milli Parkda yanğının qarşısı alındı

Lənkəran rayonu, Hirkan Milli Parkının (rayon mərkəzindən 8 km aralı) dağlıq ərazidə, meşə zolağında 5 ha sahədə yanğın hadisəsi baş verib. Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğının söndürülməsinə FHN-in Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib. Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Lerik rayonu, Piran kəndində (rayon mərkəzindən 35 km aralı) dağlıq ərazidə, meşə zolağında 30 ha sahədə yanğın hadisəsi baş verib. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya Dəstəsi, Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və şəxsi heyəti cəlb edilib. Eləcədə yanğının söndürülməsində meşə təsərrüfatı əməkdaşları və yerli əhali iştirak edir. Hazırda yanğının qarşısı alınıb, söndürülməsi üzrə işlər davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm