Məşhur müğənnidən səmərəli arıqlama üsulu
Bizi izləyin

Bilgi.az

Məşhur müğənnidən səmərəli arıqlama üsulu

Əgər siz bir həftəyə bir neçə kiloqram artıq çəki atmaq istəyirsinizsə, o zaman müğənni Lilu Veqanın duzsuz pəhriz resepti ilə tanış olun.

Lilunun sözlərinə görə, məşhur ulduzlar tez-tez böyük konsert proqramları ilə çıxış etməli olur. Konsertdən sonra istirahət edərkən isə artıq çəki yığılır. Bunun qarşısını almaq üçün Lilu duzsuz pəhriz saxlamağı tövsiyə edir. Bu üsul bədənə heç bir ziyan vurmur.

Məlum olduğu kimi, duz bədəndə mayenin hərəkətini yubadır, bu isə maddələr mübadiləsini ləngidir. Eyni zamanda, duz insan orqanizminə ziyan vurur.

Duzsuz pəhriz orqanizmdə su-duz mübadiləsini nizama salır. Lilunun sözlərinə görə, duzsuz pəhriz nəinki artıq çəkidən can qurtarır, hətta sağlam orqanizmin əsasını qoyur.

Aşağıda göstərilmiş pəhriz üsulunu gözləyin və çalışın ki, duzun miqdarı çox olmasın. Heç bir qızarmış, hisə verilmiş qida qəbul etməyin. Bundan əlavə, bitki və zeytun yağından da az istifadə edin. Gün ərzində 1,5-2 litr qazsız su için.

1günün pəhrizi:

Səhər yeməyi:

Kök və alma salatı, 1 yumurta, kasnı (çobanyastığıkimilər fəsiləsinə aid bitki cinsi) ilə kofe.

Nahar yeməyi:

Tərəvəz şorbası, 1 dilim çörək, çay.

Nahar və şam yeməyi arası:

İçi kəsmik və fındıqla doldurulmuş qara gavalı.

Şam yeməyi:

Südlü sousda qızardılmış suf balığı, yaşıl çay.

Gecə:

1% kefir

İkinci, üçüncü və növbəti günlər üçün özünüz oxşar siyahı tutub, müxtəlif məmulatlardan istifadə edə bilərsiniz. Lakin çalışın ki, məmulatların tərkibində duz olmasın.

Nura

Oxumağa davam et
Reklam
Reklam

Gündəm