Nura Suri uşaqlarını da götürüb gedir - VİDEO
Bizi izləyin

Tabloid.az

Nura Suri uşaqlarını da götürüb gedir - VİDEO

Məşhur müğənni Nura Suri repertuarına iki mahnı daxil edib.

Publika.az-a açıqlama verən ifaçı həmkarlarının yaradıcılığına müraciət edib. Abbas Bağırov, Ramal İsrafilov və bir çox məşhurların ifasında dinlədiyimiz “Gözlərim gəzir səni”, həmçinin “Şeron” qrupunun məşhur “İntizar” mahnısını indi Nura Suri də səsləndirəcək:

“İfa etdiyim hər iki mahnı tamaşaçılar tərəfindən illər öncə sevilib. Mən də bu bəstələri sevirəm. Oxumaq istədim və görürəm yaxşı alınıb. Ümidvaram ki, dinləyicilər mənim də ifamda bu mahnıları bəyənəcəklər”.

İfaçı açıqlaması zamanı bir neçə günə ölkəni tərk edəcəyini də dilə gətirib: “Uşaqlarımı da götürüb dostlarımla birgə Türkiyənin bir neçə şəhərində dincələcəyəm. Bu il məni çox yordu. Qayğılarım, işlərim, evim, ailəm – hər birinə eyni dərəcədə diqqət ayırmalıyam. Hiss edirəm ki, çox yorulmuşam. Dincəlməyə ehtiyacım var”. Adıçəkilən ifaları aşağıdakı linkdə dinləyə bilərsiz:

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm