Abdulbari Gözəl ağdamlıları təhqir etdi – VİDEO
Bizi izləyin

İdman

Abdulbari Gözəl ağdamlıları təhqir etdi – VİDEO

Abdulbari Gözəl ağdamlıları təhqir etdi – VİDEO

Dünən Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Maltanın "Valletta" klubunu 4:0 hesab ilə yenən "Qarabağ"ın prezidenti Abdulbari Gözəl jurnalistlərin suallarını cavablandırıb.

Publika.az xəbər verir ki, media nümayəndələrinə danışan klub rəsmisi verdiyi açıqlamalarla gündəmi zəbt edib. Onun, xüsusilə ağdamlılarla bağlı suala verdiyi cavab aydın səmada ildırım effekti verib. Abdulbari Gözəl jurnalistlərin "klub oyunlarını Ağdamda niyə keçirmir" və "kuboku Ağdama nə vaxt aparacaqsınız" sualına təhqiramiz cavablar verib.

O, "Qarabağ"ın hər dəfə oyuna gedib-gələndə yorulduğunu bildirib. Üstəlik, Gözəl bəy ağdamlılara xitabən “istəyirlərsə, özlərinə kiçik bir klub yaratsınlar” deməklə, onlara qarşı böyük hörmətsizlik edib.

Abdulbari Gözəl əvəzində Bakıda 5 ulduzlu “Qarabağ” oteli tikdirdiklərini qeyd edərək, hamını ora dəvət edəcəyini deyib.

Abdulbari Gözəlin açıqlamasının videogörüntülərini təqdim edirik:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm