“Azərbaycan girovlara görə əməliyyata başlamalıdır”
Bizi izləyin

Nida.az

“Azərbaycan girovlara görə əməliyyata başlamalıdır”

“Azərbaycan Ermənistan tərəfindən tutulmuş girovlara görə anti-terror əməliyyatlarına başlamalıdır”.

Bu barədə politoloq Natiq Miri Publika.az-a açıqlamasında erməni tərəfinin azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı irəli sürdüyü ittihamlara münasibət bildirərkən deyib.

Politoloq bildirib ki, bu gün Ukrayna öz ərazisindəki separatçılara qarşı anti-terror əməliyyatları həyata keçirdir: “Bu, beynəlxalq hüquqda təsbitini tapmış məsələdir və Kiyevin buna tam haqqı çatır. Eyni hal bizə də şamil edilməlidir. Ermənilərin girov götürdüyü azərbaycanlılar öz doğma torpaqlarına gediblər. Bu torpaqlar BMT tərəfindən Azərbaycan ərazisi kimi tanınır. Deməli, bu gün bizim ərazimizdə separat qüvvələr fəaliyyət göstərirlər. Azərbaycanın da onlara qarşı anti-terror əməliyyatı keçirməyə haqqı çatır”.

Qeyd edək ki, Kəlbəcərə getmiş azərbaycanlıları girov götürən Ermənistan onlara qarşı cinayət ittihamı irəli sürüb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm