Hüseynov: “Pul qurtarandan sonra yada düşəcəyik”
Bizi izləyin

İdman

Hüseynov: “Pul qurtarandan sonra yada düşəcəyik”

Hüseynov: “Pul qurtarandan sonra yada düşəcəyik”

Təxminən 2 həftədən sonra Azərbaycan çempionatında yeni mövsümə start veriləcək.

Klublar heyətin komplektləşməsi yönündə son addımları atırlar. Təbii ki, işsiz mütəxəssislər də bu dönəmdə yeni təkliflər gözlədilər. Azərbaycanda yetərincə işsiz məşqçi var. Onlardan biri də Yunis Hüseynovdur. Hüseynovun son iş yeri “Xəzər Lənkəran” olub.

UEFA kubokundə ilk dəfə mərhələ keçmiş Azərbaycan klubunun – “Karvan”ın baş məşqçisi olmuş Yunis Hüseynovla əlaqə saxlayıb, karyerası ilə bağlı son durumu öyrəndik. Publika.az-a danışan Hüseynov bildirdi ki, karyerası ilə bağlı məsələdə heç bir yenilik yoxdur:

“Heç bir təklif almamışam. Yəqin ki, elə belə də davam edəcək. Bilirsiniz mənə nə vaxt təklif gələcək? Azərbaycan futbolunda pul qurtaranda. Pul qurtarandan sonra biz yada düşəcəyik. Yəqin ki, Azərbaycan futbolu pulsuz qalanda bizə də iş tapılar”.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm