Rusiya səfirindən girov açıqlaması
Bizi izləyin

Qırmızı.az

Rusiya səfirindən girov açıqlaması

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxon Milli Məclis sədrinin müavini Bahar Muradovaya ünvanladığı məktub göndərib. Məktub ermənilərin iyul ayının əvvəllərində Kəlbəcərdə girov götürdükləri vətəndaşla bağlıdır.


ANS PRESS-in məlumatına görə, məktubun mətni səfirliyin rəsmi saytında yerləşdirilib.


Səfir bildirib ki, Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur.
“Rəsmi olaraq bildirirəm ki, Kəlbəcərdə baş vermiş insident zamanı tutulanlar arasında Rusiya Federasiyasının vətəndaşı yoxdur”.

Səfir məktubu B.Muradovanın yerli mətbuata müsahibəsində Rusiyanı öz vətəndaşının taleyi ilə maraqlanmamaqda səsləndirdiyi ittihamlarına münasibət bildirib.

Qeyd edək ki, yaxınlarının məzarını ziyarət etmək üçün işğal altında olan Kəlbəcərə gedən iki azərbaycanlı tutulub. Bunlar Dilqəm Əsgərov və Şahbaz Quliyevdir. Erməni tərəfi daha bir nəfərin - Həsən Həsənovun öldürüldüyünü iddia edir.

D.Əsgərovun Rusiya vətəndaşı olması barəsində məlumatlar yayılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm