Qırmızı.az
Şirkətdən oğurluq edənlər tutuldu - TƏFƏRRÜAT
Paytaxtın Nərimanov rayonunda quldurluq cinayəti törədən şəxslər saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin istintaq bölməsindən Publika.az-a verilən məlumata görə, cinayətdə şübhəli bilinən Bakı şəhər sakinləri Elnur Məmmədov və Mirəhməd Əhmədov iyulun 3-də “Gilan Aqro” MMC-yə məxsus ofisin mühafizəçisi İntiqam Axundova qarşı quldurluq ediblər.
Gecə saatlarında ofisə gələn dostlar mühafizəçinin əl-qolunu yapışqan lentlə bağlayıb içərisində 60000 manat və 4180 ABŞ dollar olan dəmir seyfi aparıblar.
Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Elnur Məmmədovun əvvəllər "Gilan Aqro” MMC-nin işçisi olduğu üzə çıxıb.
İstintaq müəyyən edib ki, o, köhnə iş yerinin hər bir çıxışına-girişinə bələd olduğundan dostu Mirəhməd Əhmədovla əlbir olub içərisində külli miqdarda pul olan seyfi xəzinədar otağından oğurlayıb.
Saxlanılan Elnur Məmmədov bidirib ki, banka borcu olduğundan çıxış yolunu cinayət törətməkdə görüb. Pulu Mirəhməd Əhmədovla aralarında bölsələr də, qalan məbləgi istintaqa təhvil veriblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində cinayət işi başlanıb.
Simnarə
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?