PA rəsmisi Qarabağa görə RBK-ni günahlandırdı
Bizi izləyin

Nida.az

PA rəsmisi Qarabağa görə RBK-ni günahlandırdı

Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Rusiyanın RBK kanalını Dağlıq Qarabağla bağlı rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparmaqda günahlandırıb.

Publika.az xəbər verir ki, N. Məmmədov öz “Twitter” səhifəsində bu barədə belə yazıb: “RBK kanalı 2 ermənini dəvət edərək Dağlıq Qarabağın ətrafında rəsmi Moskvanın mövqeyinə uyğun olmayan qərəzli siyasət aparır”.

PA rəsmisinin sözlərinə görə, RBK özünü neytral kanal kimi göstərərək təəssüf ki, məkrli niyyətə xidmət edir.
“Bu kanal yalan məlumatlarla ictimaiyyəti aldadaraq mövqe formalaşdırmağa çalışır”, - deyə N. Məmmədov bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm