Belə də seçim olar?
Bizi izləyin

İdman

Belə də seçim olar?

Belə də seçim olar?

FİFA-nın rəsmi saytı Braziliyada keçirilən dünya çempionatının simvolik yığmasını elan edib.

Publika.az xəbər verir ki, simvolik yığma azarkeşlər arasında keçirilən sorğuya əsasən müəyyənləşib. Azarkeşlərin seçimi isə birmənalı qarşılanmayıb.

Dünya çempionatında müdafiə xətti bərbad olan Braziliyanın 3 müdafiəçisi simvolik yığmada yer alıb. Ancaq mundialın 3-cü yer uğrunda görüşündə Braziliyanı darmadağın edən Hollandiya millisinin bir futbolçusu da simvolik yığmaya düşməyib.

Qapıçı: Manuel Noyer (Almaniya).

Müdafiəçilər: David Luis, Marselo, Tyaqu Silva (hamısı Braziliya), Mats Hummels (Almaniya).

Yarımmüdafiəçilər: Anxel di Mariya (Argentina), Xames Rodriges (Kolumbiya), Toni Kroos (Almaniya).

Hücumçular: Lionel Messi (Argentina), Tomas Müller (Almaniya), Neymar (Braziliya).

Baş məşqçi: Yoahim Löv (Almaniya).

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm