Ermənistandan azərbaycanlı girovlara gülünc ittihamlar - Şok
Bizi izləyin

Nida.az

Ermənistandan azərbaycanlı girovlara gülünc ittihamlar - Şok

Ermənistan Kəlbəcərdə girov götürülmüş azərbaycanlı Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı ittihamlar irəli sürüb.

Publika.az erməni mediasına istinadən xəbər verir ki, qondarma “DQR” prokurorluğu soydaşlarımıza “casusluq”, “əvvəldən təşkil olunmuş formada sərhədlərin pozulması”, “qanunsuz silah-sursat daşınması”, “insan oğurluğu, zorakılıq, həddi-buluğa çatmamış şəxsə qarşı zorakı davranışlar”, “qətl, insanın oğurluğu ilə müşayiət olunan, torpaq üstündə milli nifrətin yaradılması”, “torpaq üstündə milli nifrətin yaradılması ilə iki və daha çox qətlə cəhd” ittihamlarını irəli sürüb.

Qeyd edək ki, soydaşlarımız beynəlxalq hüquqda Azərbaycan torpağı kimi tanınan, ermənilərin işğal etdiyi Kəlbəcərə öz evlərini ziyarət üçün gediblər. Ermənistan tərəfi isə qondarma ittihamlar irəli sürərək, onlarla girov kimi rəftar etmir. Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına girovlarla görüşmək üçün şərait yaradılmır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm