Kişiləri aldadan qadın sərbəst buraxıldı
Bizi izləyin

Qırmızı.az

Kişiləri aldadan qadın sərbəst buraxıldı

Bakının Suraxanı rayonunda dələduzluq edən qadın həbs edilib. Suraxanı Rayon Polis İdarəsinin Cinayət-Axtarış şöbəsindən Publika.az-a verilən xəbərə görə, Bakı Şəhər sakini İsmayıl Rəhmanovun pullarını mənimsəyən 44 yaşlı Könül Həsənova saxlanılıb.

O, İ.Rəhimovdan 7 000 manat və 2 000 ABŞ dolları alaraq 2 aya geri qaytaracağına söz verib. Sonra isə zərərçəkənə pulu bir müddət də gecikdirəcəyini bildirib. Qarşı tərəf onunla razılaşsa da, sonradan qadını tapa bilməyib. Hətta K.Həsənova onun zənglərinə də cavab verməyib.

Beləliklə, zərərçəkənin etibarından sui-istifadə edən K.Həsənova imkanı olmadığına görə pulu qaytara bimədiyini etiraf edib.

Suraxanl Rayon Polis İdarəsində onun izahatı alınıb və qadın sərbəst buraxılıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm