Qırmızı.az
Alimlər Nazirlər Kabinetində toplandı
Azərbaycan Respublikası Nazirlər Kabinetində ölkəmizdə
səfərdə olan Oksford Universitetinin alimləri ilə görüş
keçirilib.
Baş nazirin müavini Elçin Əfəndiyev görüşdə dünyanın ən qədim və
nüfuzlu təhsil ocaqlarından biri sayılan Oksford Universitetində
Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzinin
yaradılmasını Azərbaycan ədəbiyyatına və mədəniyyətinə verilən ən
böyük qiymət adlandırıb. Belə bir mərkəzin yaradılmasının elmi
əhəmiyyətini vurğulayan Elçin Əfəndiyev bu əlamətdar hadisənin
Azərbaycan dili, ədəbiyyatı, tarixi, mədəniyyəti ilə yanaşı,
gələcək nəsillərin elmi potensialının zənginləşdirilməsi baxımından
xüsusi önəm daşıdığını söyləyib.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının
rektoru, AMEA-nın müxbir üzvü, professor Nərgiz Paşayeva Oksford
Universitetində yaradılmış Elmi Mərkəzin Azərbaycan və ölkənin
yerləşdiyi Qafqaz regionunun tarixi və mədəniyyətinin araşdırılması
üzrə Böyük Britaniyada təsis edilən ilk elmi tədqiqat ocağı
olduğunu deyib. Oksford Universiteti ilə əməkdaşlığın uğurlu
nəticələrinin olacağına inandığını qeyd edən Nərgiz Paşayeva
Azərbaycan alimlərinin, şərqşünaslarının, türkoloqlarının
əsərlərinin belə bir müstəvidə bu ali təhsil ocağının alimlərinə
tanıdılacağından məmnunluğunu bildirib.
Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun professoru,
Beynəlxalq Münasibətlər üzrə Kral İnstitutu və Oksford Analitika
tədqiqat mərkəzinin üzvü Edmund Herzig, Şərqşünaslıq İnstitutunun
professoru və Nyu York Universitetinin Antik Araşdırmalar
Mərkəzinin aparıcı elmi tədqiqatçısı Robert Hoyland, Şərqşünaslıq
İnstitutunun ərəb filologiyası və ərəbşünaslıq üzrə müəllimi Culyan
Foltles göstərilən diqqətə görə təşəkkür ediblər. Qonaqlar
Azərbaycanın elm xadimlərinin əsərlərinin tərcümə olunaraq geniş
ingilisdilli auditoriyaya tanıdılmasını vacib saydıqlarını qeyd
ediblər.
Xatırladaq ki, Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq
Elmi Mərkəzinin yaradılması professor Nərgiz Paşayevanın təşəbbüsü
ilə həyata keçibr və bu, M.V.Lomonosov adına Moskva Dövlət
Universitetinin Bakı filialının və Oksford Universitetinin birgə
layihəsidir.
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək
-
Magazin228 Mart 22:00
Sevgilisi məşhur aktrisanı döydü: "Aylarla..."
-
Sosial28 Mart 21:36
Daxili İşlər Nazirliyi əhaliyə ÇAĞIRIŞ ETDİ
-
İnanc28 Mart 21:24
Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı
-
Sosial28 Mart 20:24
Şahmar Hüseynova yeni VƏZİFƏ VERİLDİ - FOTO