Merkeldən açıqlama
Bizi izləyin

Dünya

Merkeldən açıqlama

Almaniya kansleri Angela Merkel Almaniya boyu fələstinlilərə dəstək nümayişlərində anti-semit şüarları qətiyyətlə pisləyib.

ANS PRESS-in məlumatına görə, Merkel iyulun 23-də verdiyi bəyanatında bildirir ki, “azadlığa və tolerantlığa hücum bizim azad və demokartik nizamımızl laxlatmaq cəhdidir. Buna dözmək olmaz və dözülməyəcək”.

İyulun 22-də vitse-kansler Sigmar Gabriel bildirib ki, İsrail hökuməti əleyhinə şüarlar olar, yəhudilər əleyhinə şüarlar qətiyyən olmaz.

Almaniya üzrə nümayişlərdə yəhudilər haqda təhqiramiz şüarlar səsləndirilir.

Eyni mənzərə Fransa, İtaliya kimi Avropa ölkələrindəki nümayişlərdə də müşahidə olunur.

İyulun 22-də Almaniya, İtaliya və Fransa xarici işlər nazirlərinin birgə bəyanatında deyilirdi ki, “anti-semitizmə, yəhudilərə qarşı düşmənçiliyə bizim cəmiyyətlərdə yer yoxdur”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm