Porno filmlər kişiliyi məhv edir-Araşdırma
Bizi izləyin

Qırmızı.az

Porno filmlər kişiliyi məhv edir-Araşdırma

Bu gün dünya əhalisinin gündəlik həyat tərzinə çevrilən internetdə ən çox izlənilənlər sırasına pornoqrafik görüntülər də daxildir. Belə ki, dünyada bir saniyədə təxminən 30 milyon insan porno saytlarını ziyarət edir. Bu o deməkdir ki, siz porno film izləyərkən yalnız deyilsiz. Sizinlə bərabər 30 saniyəlik bir pornonu saniyədə 1 milyon insan izləyir. Ölkəmizdə hələ də elə insanlar var ki, internet deyəndə ağlına ilk olaraq pornoqrafik materiallar, porno saytları gəlir.

Əslində isə internetin yalnız bundan ibarət olmadığı bir çoxlarımıza məlumdur. Amma bu günümüzdə porno filmlərə baxmaq üçün internetdən istifadə edənlər heç də az deyil. ABŞ-ın porno industriyasında dövr edən pullar il ərzində 15 milyard dollar təşkil edir. Porno saytların ən böyük istehsalçısı ABŞ olduğu halda, bu tip saytları ən çox izləyən ölkə Yaponiyadır. Bizim yaşadığımız Qafqaz regionunda isə porno filmləri izləməyə görə Ermənistan ilk yeri tutur. Ölkəmizdə də belə saytlara baxanların az olmadığı bəllidir.

Bəs, porno filmlərə baxmaq insanlarda hansı cinsi və psixoloji problemlərə gətirib çıxarır?

Seksoloq: “Bəziləri porno filmə baxmasa, yata bilmir”. Bu məsələ ilə bağlı Dr. androloq, seksoloq Həsən Səmədov Teleqraf.com-a açıqlamasında bildirib ki, porno filmlər insanın seksual psixologiyasını məhv edən destruktiv amildir.

Həkimin sözlərinə görə, bu çox ciddi məsələdir: “Burada önəmli məsələ insanın seyr və müşahidə etmək marağıdır. Belə ki, porno filmin və seks məlumatının rəngarəngliyi, sujet dəyişkənliyi insan psixikasını pozur. Ümumiyyətlə, insan psixologiyası elastikdir. Bu belə baş verir ki, insan filmi izlərkən həzz alır. Eyni sujet xətti təkrarlandıqca, insan həmin filmdən həzz almağı kənara buraxır. Bu zaman yeni ideyalar və porno sujetli filmlər axtarır. Bu hal növbəti filmləri axtarmaqla davam edir. Adətən, belə filmləri izləyən insan adi halda normal seksdən yayınır. Özü də bilmədən kənardan seks müşahidəçisi kimi proqramlaşır”.

Androloqun sözlərinə görə, onlara müraciət edən pasiyentlərlə aparılan sorğu onu göstərir ki, porno film izləyənlərin əksəriyyəti qadın bədəninin gözəlliyindən həzz almır: “Onlar sadəcə, cütlüyün sekslə məşğul olmasının müşahidəsindən həzz alırlar. Filmdə olan gözəl qadın obrazı onlar üçün mənasızdır. Bütün bunların nəticəsində ailələrdə cütlüklərin bir-birindən uzaqlaşması, soyuması baş verir. Bu tip filmləri izləyənlərin əksəriyyəti asılılığı yaranmış insanlardır. Hətta elə xəstələrimiz olub ki, hər gün porno filmə baxmasa, yata bilmədiyini və narahat olduğunu deyib. Bu isə insan psixikasının kölə halına çevrilməsidir. Belə halları yaranan xəstələr isə bizə müraciət edə bilərlər. Ən vacibi isə porno filmləri izləməkdən yayınsınlar. Əks halda sağlamlığa və psixikaya ciddi zərər dəyə bilər”.

Psixoloq: "Pornoya çox baxanlar həyatda seksdən həzz ala bilmirlər"

Psixoloq Elnur Rüstəmov Teleqraf.com-a açıqlamasında bildirib ki, intensiv porno filmlərə baxan insanlarda müəyyən müddətdən sonra asılılıq yaranır. Onun sözlərinə görə, digər tərəfdən həmin filmlər insanlarda intim həyat haqqında təsəvvürlərin pozulmasına səbəb olur: “İnsanlar porno filmlərə çox baxdıqca, onların intim münasibətlər barədə düşüncələri dəyişməyə başlayır. Bu isə getdikcə psixoloji travmaları gücləndirir. Bu insanlar real intim münasibətdən həzz ala bilmirlər və belə münasibətlərdən uzaqlaşırlar. Bir qismində isə psixika zədələnməyə başlayır. İntim münasibətdə zorakılıq kimi kənar davranışlar formalaşmağa başlayır. Digər bir problem isə ondan ibarətdir ki, porno filmlərə baxan insanlarda masturbasiya artır. Bunlar da real münasibətdə utancaqlıq hissinin yaranmasına və cəmiyyətdən müəyyən qədər təcrid olunmaya gətirib çıxarır. Ailə həyatı qurmayanlar evliliyə elə də meyl etmirlər. Tək qalmağı üstün tuturlar. Ailə həyatı quranlar isə tərəf müqabili ilə intim münasibətdən uzaqlaşırlar”,- deyə psixoloq vurğulayıb.

Şimali Koreyada porno izləyərkən tutulan şəxs öldürülür

Sonda isə porno filmlər haqqında maraqlı faktları diqqətinizə çatdırırıq. Google-də hər 100 nəfərdən 79-u seks və pornoyla bağlı axtarış edir. İnsanlar daha cox bayram günlərində pornosaytlara baxırlar. Ən çox ziyarət edilən vaxt isə bazar günləridir. 18 yaşına çatmamış yeniyetmələrin ən çox axtardığı 5 kəlmədən ikisi porno və seksdir. İnternetdə porno izləyənlərin 43 %-i qadınlar, 57 %-i kişilərdir. Hər bir insan orta hesabla 15 dəqiqə bu videoları izləyir. Dünyadakı bütün porno filmlərin 90 %-i ABŞ-ın San Fernando bölgəsində çəkilir. Hər il 20 min pornoilm çəkilir. Qadın porno ulduzlarının illik qazancı 100 min dollarla 250 min dollar arasında dəyişir. Kişi porno ulduzlarının illik qazancı isə 40 min dollardır. Porno izləyənlərin 70% bu tip filmləri bir dəfə izləyəcəklərinə söz versələr də, sözlərinin üstündə dura bilmirlər. Şimali Koreyada isə porno izləyərkən səni tutsalar, bunun cəzası ölümdür. Amerikanın Yutah ştatı ən çox porno izlənilən yerdir. Pornofilm satılan yerlərdə olan filmlərin çoxu Kanadada istehsal olunur. Cənubi Koreyada insanlar pornosaytlara girmək üçün özlərinə məxsus təhlükəsizlik kodlarından istifadə etməli olurlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm