Ərdoğan rəqibinə "nankor" dedi
Bizi izləyin

Dünya

Ərdoğan rəqibinə "nankor" dedi

Türkiyə baş naziri, prezidentliyə namizəd Rəcəb Tayyib Ərdoğan əsas rəqibi Ekmeleddin İhsanoğluna nankor deyib.

ANS PRESS-in məlumatına görə, təbliğat mitinqində çıxış edən baş nazir müxalifəti kəskin tənqid edib: "CHP, MHP, bir də bu koalisiyada səsləri 1 faizə çatmayan status-kvo partiyalar var: Sosialist İşçi Partiyası, İnqilabçı Haqq Partiyası var. Vətəninə xəyanət edən Pensilvaniya təşkilatı. MHP-yə könül verən qardaşlarım bu Sosialist İşçi Partiyası və İnqilabçı Xalq Partiyası ilə Baxçəli koalisiya qurdu. İnanıram ki, MHP-li qardaşlarım bu koalisiyaya bəli deməyəcək. Bu öz tarixini inkar etmək olar. CHP-yə dəstək verən qardaşlarım da bu koalisiyaya dəstək verməyəcək".

Daha sonra Dövlət Baxçəlinin onun barəsində dediklərinə cavab verən baş nazir bunları bildirib:

"MHP başqanı mənim üçün "sən Çankaya yokuşunu çıxa bilməz. Yolun yarısında yorulursan, nəfəsin tükənər, prezidentlik sənin üçün xəyaldır, yuxudur". İndi mən Baxçəlidən soruşuram: haralardasan. Harada olduğunu bilən, eşidən varmı? Onsuz da meydana çıxsa belə Sivasın kənarına gedə bilməz. Prezident seçkisində dizləri titrəməyə, nəfəsi tükəndi və meydandan getdi. Niyə bilirsinizmi? Millətin qarşısına çıxacaq üzü yox.

Əsas rəqibi Ekmeleddin İhsanoğlunu yalan damışmaqda ittiham edən Ərdoğan onu aşağılayıb:

"Ekmel biz sənin nə olduğunu çox yaxşı bilirik. 8 il vəzifədə qaldın. Amma 8 illik vəzifəsində sanki bir kukla idin. Və heç bir zaman ürəkli bir çıxışı olmamışdır, ola bilməz. Qəzza, Fələstin, Həmas, Əl Fəth bizi yaxşı bilir. Bizim onlarla olan məhəbbətimizi bilməyə Ekmel bəyin nə gücü, nə də düşüncə dünyası yetər. Qəzzaya getdim deyir. Sən İslam Əməkdaşlıq Təşkilatının baş katibi idin. Ora getmək sənin vəzifə borcundur. Mən də xarici işlər nazirimizi və oğlumu Qəzzaya göndərdim. Hər zaman Qəzzanın yanında olduq.

Türkiyə İsrailə reaktiv yanacaq verir dedilər. Tamamilə yalan, tamamilə böhtan. Bu yalanı İsrailin Qəzzadakı qırğınını pərdələmək üçün etdilər. Biz reaktiv yanacaq ixrac etmirik. Bunu hər ksə bilir. Bir də İsrailin Türkiyənin radarlarına ehtiyyacı yoxdur. İsraildə daha müasir radarlar istifadə olunur. Biz ona bir əmanət verdik, o da əmanətə xəyanət etdi. İndi çıxıb nankorluq edirsən. Türkiyə Qəzza üçün bir şey etmədi deyirsən.Qəzzada, Fələstində ən çox sərmayə qoyan ölkə Türkiyədir. Türkiyə Qəzzada yox deyir. TİKA hazırda oradadır. Və təlimat verdim yaralıları daşımağa başlayacağıq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm