Hava proqnozu - 24 iyul
Bizi izləyin

Sağlamlıq

Hava proqnozu - 24 iyul

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Gündüz cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-25, gündüz 31-36 dərəcə isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, atmosfer təzyiqi 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 50-60, gündüz 35-40 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 24-25, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 25-26, Türkan, Hövsan, Şıx, Sahildə 26-27 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı, lakin axşam və gecə bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək, dağlıq rayonlarda arabir güclənəcək.

Havanın temperaturunun gecə 20-25, gündüz 33-38, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm