Nalbandyan yenə sərsəmlədi (FOTO)
Bizi izləyin

Dünya

Nalbandyan yenə sərsəmlədi (FOTO)

Sərhəddə gərginlik yaradan Azərbaycandır".

ANS PRESS-in məlumatına görə, bu fikirləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Brüsseldə səsləndirib.

Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Brüsseldə Avropa Birliyinin və Şərq Əməkdaşlığı ölkələrinin xarici işlər nazirlərinin görüşündə çıxış edib.

Nalbandyan Dağlıq Qarabağ haqda bildirib ki, Ermənistan Minsk qrupunun çağırışlarına cavab olaraq və Azərbaycandan fərqli olaraq beynəlxalq hüquq prinsiplərinə sadiqliyini göstərib. Nalbandyan bunlar arasında gücdən istifadə olunmaması, güclə hədələməmək, xalqın öz müqəddəratını özünün həll etməsi və ərazi bütövlüyü prinsipinin adını çəkir.

Erməni nazir deyib ki, "Biz xalqların müharibəyə yox, sülhə hazırlanması fikri ilə razıyıq, Ancaq Azərbaycan əks istiqamətdə gedir”.

Nalbandyan iddia edib ki, gərginlik yaradan Azərbaycandır.

O deyib ki, Azərbaycan nifrət və dözümsüzlük təbliğ edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm