Xətai polisi silahlı şəxsi zərərsizləşdirib
Bizi izləyin

Qırmızı.az

Xətai polisi silahlı şəxsi zərərsizləşdirib

Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinin əməkdaşları qanunsuz odlu silah əldə edib saxlama və gəzdirməkdə təqsirli bilinən şəxsi yaxalayıb.

ANS TV-nin məlumatına görə, əvvəllər də Cinayət Məcəlləsinin bir neçə maddəsilə 3 dəfə məhkum olunmuş Bakı şəhər sakini, 40 yaşlı Əflatun Salmanov şübhəli şəxs qismində saxlanılıb. Onun üstünə baxış zamanı bir ədəd “Makarov” markalı tapança və içərisində 3 ədəd güllə olan sandıqça aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs bildirib ki, həbsdən çıxdıqdan sonra avtomobil təmiri sexində işləyib və təxminən bir ay bundan əvvəl tapança əldə edib. Əflatun Salmanov silahı tapdığını bildirsə də polis əməkdaşları ifadənin doğru olub-olmadığını araşdırır.

Saxlanılan şəxs onu da etiraf edib ki, tapançanı mütəmadi olaraq üstündə gəzdirirmiş.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Hazırda kriminalistik-ekspertiza silahdan hər hansı cinayətdə istifadə edilib-edilmədiyini araşdırır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm