Kəbədə yanğın baş verib (FOTO)
Bizi izləyin

Qırmızı.az

Kəbədə yanğın baş verib (FOTO)

Bu gecə müsəlmanların qibləgahı olan Məscidi Həramda yanğın baş verib.

ANS PRESS-in "alriyad.com" saytına istinadən xəbərinə görə, yanğın genişləndirmə işlərinin aparıldığı ərazidəki taxta konstruksiyalarda başlayıb.

Məlumata görə, fövqəladə hallar idarəsi yanğının söndürülməsi üçün bütün gücünü səfərbəf edib.

İdarədən verilən məlumata görə, hadisə nəticəsində hələlik ölən və xəsarət alan qeydə alınmayıb.

Səudiyyə Ərəbistanı rəsmiləri yanğın barədə mətbuata əlavə açıqlama veriləcəyini açıqlayıb.

Müqəddəs məkanda yanğının tamamilə söndürüldüyü və hazırda soyutma işləri aparıldığı bildirilir.













Oxumağa davam et
Reklam
Reklam

Gündəm