Ülkücülərdən Ərdoğana dəstək
Bizi izləyin

Dünya

Ülkücülərdən Ərdoğana dəstək

Türkiyədə Müstəqil Ülkücülər (Millətçilər) Platforması avqustda keçiriləcək prezident seçkilərində Ərdoğana dəstək olacaqlarını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Müstəqil ülkücülər platforması Üsküdarda iftar süfrəsi təşkil ediblər. İftardan sonra platforma gələn ay keçirilməsi planlaşdırılan prezident seçkilərində namizəd olan Rəcəb Tayyib Ərdoğanı dəstəklədiklərini bildiriblər.

Onlar millətin tərəfində olan prezidentini seçmək istədiklərini dilə gətiriblər.

Qeyd edək ki, Avropa ülkücülər ittifaqının keçmiş sədri Musa Sərdar Çələbi açıqlanan qərarın doğri olduğunu vurğulayaraq, özünün də eyni namizədi dəstəklədiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm