Hollandiya meri Putindən üzr istədi (FOTO)
Bizi izləyin

Dünya

Hollandiya meri Putindən üzr istədi (FOTO)

Hollandiya meri Rusiya prezidenti Vladimir Putindən üzr istəyib.


ANS PRESS-in məlumatına görə, mer Piter Broertes Putinin qızının deportasiya edilməsini təklif etdiyinə görə üzrxahlıq edib. Hilversum şəhərinin meri bu addımına görə sonradan sosial şəbəkədə şərh də yazıb.


Broertes Putinin 29 yaşlı qızı Mariyanın ölkədən çıxarılması ilə bağlı "Radio 1"-in səhər verlişində bildirib. Mer efir zamanı bildirib ki, Rusiya prezidentinin qızı Hollandiyanın cənubunda yaşayır: "Ancaq Mariyanın rəsmən Hollandiyada yaşaması faktı təsdiq edilməyib. Yalnız o məlumdur ki, Mariya holland vətəndaşı Yorittom Faassenomla nikahdadır".


Bu çıxışının böyük əks səda doğurduğunu görən mer sonradan üzr istəməli olub. Merin bu addımı "Boing 777"-nin qəzaya uğraması ilə əlaqədar olub. Belə ki, 17 iyulda Donetskdə 298 insan həlak olub. Hadisə nəticəsində ölənlərin 154-ü holland vətəndaşıdır.


Oxumağa davam et
Reklam
Reklam

Gündəm