Məktəb kül oldu
Bizi izləyin

Qırmızı.az

Məktəb kül oldu

Gecə saatlarında Ağstafa rayonunda məktəb yanıb.

Kənd sakinlərinin Publika.az-a verdiyi məlumata görə, hadisə rayonun Yenigün kəndində qeydə alınıb. Qəfildən yanan köhnə məktəb birdən-birə alova bürünüb.

Ümumi sahəsi 500 kv metr olan köhnə məktəb binasının 200 kv metr hissəsi tamamilə yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub. Onların müdaxiləsindən sonra alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb.

Sakinlərin sözlərinə görə, köhnə məktəb binasında 10 ilə yaxındır ki, dərs keçilmir. Çünki şagirdlərə dərslər yeni tikilmiş binada tədris olunur. Lakin yararsız vəziyyətdə olan binada iki ailə məskunlaşıb. Yanğın zamanı xəsarət alan olmasa da, köhnə binaya ciddi ziyan dəyib.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm