Çində taun qorxusu: bir şəhərdə karantin elan edildi
Bizi izləyin

Bilgi.az

Çində taun qorxusu: bir şəhərdə karantin elan edildi

Çin Xalq Respublikasının Qansu vilayətindəki Yuymen şəhərində karantin elan edilib.

Hökumət rəsmiləri yerli sakinlərdən birinin keçən həftə xəstəxanada taun xəstəliyindən ölməsindən sonra bu qərarı veriblər.

Hazırda Yuymen şəhərinə giriş və çıxış bağlanıb. Karantinin nə qədər davam edəcəyi isə hələlik məlum deyil.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, taundan dünyasını dəyişən 38 yaşlı sakin bir neçə gün əvvəl meşədə dələ ovlayıb. Onu itinə yedizdirmək üçün dərisini soyub və doğrayıb. Lakin az keçmiş özünü pis hiss edib. Xəstəxanaya çatdırıldıqdan bir qədər sonra vəfat edib.

Qeyd edək ki, taun ən qorxunc infeksion xəstəliklərdən biridir.
Hazırda karantin elan edilən Yuymen şəhərində 30 min insan yaşayır.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm