Ruhi xəstə cinayət törətdi
Bizi izləyin

Qırmızı.az

Ruhi xəstə cinayət törətdi

Mingəçevir şəhər sakini Rövşən Alqayıtov polis tərəfindən tutulub.

Mingəçevir Şəhər Polis İdarəsindən Publika.az-a verilən xəbərə görə, o, günün günorta vaxtı küçə ilə gedən qızlara qarşı soyğunçuluq edib.

Belə ki, Nigar Fətullazadə və onun bacısı Nərgiz Fətullazadənin planşetini alaraq hadisə yerindən uzaqlaşıb.

Zərərçəkənlər bu barədə polisə ərizə ilə müraciət ediblər.

Mingəçevir Şəhər Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, R.Alqayıtov həm də avtomobil qaçırdığına görə axtarışdadır. Beləliklə, istintaqa cəlb olunan R.Alqayıtovun ruhi xəstə olduğu da təsdiq olunub.

Onun barəsində Mingəçevir Şəhər Polis İdarəsində cinayət işi başlanıb.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm