Qeyri-rəsmi nikahlı arvadını döydü, sonra da qarət etdi
Bizi izləyin

Qırmızı.az

Qeyri-rəsmi nikahlı arvadını döydü, sonra da qarət etdi

Nizami rayonunda qadın yaşadığı evdə döyülərək hücuma məruz qalıb.

Nizami Rayon Polis İdarəsinin istintaq bölməsindən Publika.az-a verilən məlumata görə, rayon sakini Cəmilə Qurbanova 23-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, tanışı Mətləb Məmmədov onun evinə gələrək əvvəlcə qadını döyüb, sonra da 800 manat pulunu, əl çantasından isə 250 manat pulunu götürüb aradan çıxıb.

Soyğunçuluqda şübhəli bilinən 25 yaşlı Mətləb Məmmədov polis tərəfindən saxlanılarkən əməlini etiraf edib. O, zərərçəkmiş Cəmilə Qurbanova ilə qeyri-rəsmi münasibətlərinin olduğunu bildirib. Hadisəni isə pula ehtiyacı olduğuna görə törədib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanıb. M.Məmmədovun başqa cinayətlərdə əlinin olub-olmadığı araşdırılır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm