Qırmızı.az
BMT Azərbaycanın insan inkişafı indeksinə görə yerini açıqladı
BMT-nin ekspertləri tərəfindən hazırlanmış "İnsan inkişafı indeksi hesabatı-2014"-də Azərbaycan insan inkişafı indeksinə görə 187 ölkə arasında 76-cı yeri tutub.
Trend-in BMT İnkişaf Proqramının saytına istinadən verdiyi məlumata görə, dünya ölkələrində insan yaşayışı səviyyəsinin qiymətləndirilməsi baxımından aparıcı beynəlxalq meyar hesab edilən bu sənəd hazırlanarkən insanların orta ömür uzunluğu, savadlılıq dərəcəsi, səhiyyə, təhsil almaq imkanı, adambaşına düşən ÜDM və digər amillər nəzərə alınır.
Hesabatda ümumilikdə 187 dövlət arasında ilk beş yeri Norveç,
Avstraliya, İsvecrə, ABŞ tutub. Bu sıralama 2013-cü ildəki
vəziyyəti nəzərə alınmaqla müəyyənləşdirilib.
BMT-nin hesabatında Azərbaycan 76-cı yerdə qərarlaşıb. Sənədə görə,
ölkəmizdə orta ömür uzunluğu 70,8 il təşkil edir.
Hesabatda Azərbaycanda adambaşına düşən ümumi daxili məhsulun
15,725 dollar təşkil etdiyi bildirilir.
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB