Avstriyada türklər israilli futbolçulara hücum etdilər
Bizi izləyin

Dünya

Avstriyada türklər israilli futbolçulara hücum etdilər

Avstriyada Fransanın “Lil” və İsrailin “Makkabi Hayfa” futbol komandaları arasında keçirilən yoldaşlıq görüşündə insident baş verib.

Publika.az “Sport5” kanalına istinadən xəbər verir ki, görüşün 85-ci dəqiqəsində hesab 2-0 fransızların xeyrinə olarkən 10-15 nəfər əllərində Türkiyə və Fələstin bayraqları ilə meydançaya giriblər.

Onlar israilli futbolçular Dekel Keynan, Yosi Benayun, İdan Veredaya və digərlərinə hücum ediblər. “Makkabi” klubunun rəsmilərinin verdiyi məlumata görə, futbolçulardan heç biri ciddi xəsarət almayıb.

Hadisə yerinə gələn polis vəziyyəti nəzarət altına alıb.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm