Bakıda böyük tıxac, yol 2 saat bağlı qalıb
Bizi izləyin

Qırmızı.az

Bakıda böyük tıxac, yol 2 saat bağlı qalıb

Səhər saatlarında paytaxt yollarında sıxlıq yaranıb.

Hadisə şahidlərinin Publika.az-a verdiyi məlumata görə, aeroport yolu istiqamətindən Dərnəgülə gedən yolda avtomobillərin hərəkəti 2 saata yaxın dayanıb.

Nəticədə, Sabunçu dairəsindən Zabrata qədər və Heydər Əliyev prospekti boyunca tıxac avtomobillərin hərəkətini iflic edib.

Sürücülər alternativ yol kimi Qara Qarayev və Heydər Əliyev prospektləri istiqamətinə hərəkət etməli olublar.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sözügedən ərazidə sıxlığın yaranmasını təsdiqləyərək bildirdi ki, bu, yolun təmiri ilə əlaqədardır.

Simnarə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm